Çərşənbə, 2024-May-22, 03:19
» Menyu
» Kino
» Təqvim
«  Fevral 2011  »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28
» Proqramlar
» Brauzerlər
» Antiviruslar
» Radio
Слушать онлайн радио
Главная » 2011 » Fevral » 17 » Azərbaycanda ev telefonlarında dəqiqə hesabı tariflər tətbiq olunacaq
01:08
Azərbaycanda ev telefonlarında dəqiqə hesabı tariflər tətbiq olunacaq
          

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi stasionar (ev) telefonlarında dəqiqə hesabı ödənişlərə keçidlə bağlı Tarif Şurasına yeni təkliflər təqdim edəcək. Qeyd edək ki, stasionar telefonlardan istifadə haqqı, mobil telefonlarda olduğu formada, amma xeyli ucuz qiymətə, dəqiqə hesabı danışığa əsasən hesablanacaq.

Nazir Əli Abbasov bildirib ki, nazirlik bununla bağlı mövqeyində dəyişiklik edib. Yeni təkliflərə əsasən, yeni sistem indiki sistemi dəyişmədən də tətbiq oluna bilər. Yəni bu məsələdə əhaliyə seçim təklif olunacaq: «Məsələn, istifadəçi abunə haqlarından imtina edə bilər, yəni heç bir abunə haqq vermək lazım deyil. Bu şərtlə çox cüzi qiymətlə vaxta görə ödənişə keçmək olar. Ola bilər ki, bu halda əhalinin çoxu ayda 1-1,5 manatdan çox xərcləməyəcək. Halbuki bu gün aylıq abunə haqqı 2 manatdır».

Nazirin sözlərinə görə, əhaliyə bununla bağlı bir neçə tarif paketi təklif olunacaq. Hazırda nazirlik bununla bağlı Tarif Şurası ilə aktiv işləyir: "Biz təkliflər paketini onlarla müzakirə edirik. Tarif Şurası qiymətlərin artımına tələbkar yanaşdığına görə, biz onlara bir yox, bir neçə təklif verəcəyik”.

Qeyd edək ki, Bakı şəhərində stasionar telefon rabitəsindən istifadəyə görə dəqiqə hesabı ödəniş sisteminin tətbiqi nəticəsində abunəçilərə ayda 450 dəqiqə pulsuz danışıq vaxtının verilməsi nəzərdə tutulur. Bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) rəisi Beydulla Hüseynov bildirib.

Onun sözlərinə əsasən əhalinin böyük hissəsi bu dəyişikliyi demək olar ki, hiss etməyəcək. Belə ki, apardığımız analizlər göstərib ki, istifadəçilərin 50%-i ay ərzində 450 dəqiqədən az danışır. Hələlik bu məbləğ dəqiqləşməsə də bu sistemin özünü iqtisadi cəhətdən doğrultması üçün bir dəqiqə üçün danışıq haqqının 0,5 qəpik olması gərəkdir. Kim istəsə əvvəlki kimi abunədə qalacaq və ya yeni sistemə keçəcək.



Mənbə: www.Apa.az
Просмотров: 1094 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
» Giriş
» Saat
» Musiqi
» Reklam
» Sorğu
Hansı yaş həddinə aidsiniz?!
Cavabların cəmi: 16
» Hava
» Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • » Sayğaclar
    » Ayın vəziyyəti
    Baku Internet TV © 2024