Çərşənbə, 2024-May-22, 05:43
» Menyu
» Kino
» Təqvim
«  Fevral 2011  »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28
» Proqramlar
» Brauzerlər
» Antiviruslar
» Radio
Слушать онлайн радио
Главная » 2011 » Fevral » 9 » Türkiyəli deputatdan Şah İsmayılla bağlı qəribə iddia
14:28
Türkiyəli deputatdan Şah İsmayılla bağlı qəribə iddia
                                      

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan (AKP) deputat Reha Çamuroğlu Azərbaycan Səvəfilər dövlətinin banisi Şah İsmayıl ilə bağlı qəribə iddia ilə çıxış edib. ANS PRESS-in Türkiyənin "Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, o, ələvilik dini təriqətinin Şah İsmayıl tərəfindən yaradıldığını bildirib. Türkiyə Böyük Millət Məclisinin üzvü görkəmli Səfəvi hökmdarının milli mənsubiyyətinin də mübahisəli olduğunu bildirib. "Şah İsmayılın milli mənsubiyyəti də mübahisəlidir. O, kürd ola bilər”, deyə millət vəkili qeyd edib. 

Tarix elmləri doktoru, professor Cəmil Həsənli isə hər kəsin fikrinə hörmətlə yanaşdığını desə də, bununla razılaşmır. Tarixçi ANS PRESS-ə açıqlamasında vurğulayıb ki, Şah İsmayılın türk tayfası olan Səfəvilərin nümayəndəsi olması tarix tərəfindən təsdiq olunub. 

"İkincisi, Şah İsmayıl ələviliyi deyil, İslam dininin şiə təriqətini yayıb. Məlum olduğu kimi, şiəliklə ələvilik arasında bir sıra ciddi fərqlər var. Burada hər iki iddia –yəni onun həm kürd olması, həm də ələviliyi yayması barədə fikirlər həqiqətə uyğun deyil. Əgər o kürd idisə, "Dəhnamə” əsərini kürd dilində yazardı. Türk dili onun öz dili deyildisə, əsərlərini nə üçün türk dilində yazırdı?”.

Onun sözlərinə görə, şiə təriqətinin ideologiyasında birinci imam Həzrəti Əli əsas fiqurlardan biridir, amma ələvilikdə Həzrəti Əli Allah səviyyəsinə qaldırılır. "Onlar məscidə getmirlər ki, Həzrəti Əlini məsciddə öldürüblər. Şiələr isə mühüm günlərini məscidlərdə qeyd edirlər”. 

Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də Ərdəbil şəhərində nüfuzlu azərbaycanlı zadəgan ailəsində anadan olub. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olub. Şah İsmayıl anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi.

Şah İsmayıl 1501-ci ilin payızında paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsasını qoyub.
Çox qısa müddətdə şah özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilib. Onun dövründə Səfəvilər dövlətinin ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometr olub.

1514-cü ildə Sultan I Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə (Çaldıran döyüşü) Səfəvilər məğlubiyyətə uğrayıb. Üç gün davam edən gərgin döyüş osmanlıların qələbəsi ilə nəticələnib. Yaralı Şah İsmayılı təqib edən I Sultan Səlim yol boyu Xoy, Mərənd və Təbriz şəhərlərini tutub. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, altı gündən sonra şah İsmayılın tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, şəhəri tərk edib. Hazırda dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul Topqapı sarayında Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələr eləcə də, Şah İsmayılın kəməri bazubəndi İran dövlətinə aid əşyalar kimi nümayiş etdirilir.

Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edib. Nəşi Ərdəbild Şeyx Səfi kompleksində dəfn edilib. Yerinə oğlu I Təhmasib keçib.

Xatırladaq ki, Şah İsmayıl həmçinin Xətai ləqəbi ilə yazan tanınmış Azərbaycan şairi olub. O, tarixdə ilk dəfə Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə yüksəldib. 

ANS PRESS
Просмотров: 1199 | Добавил: Admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
» Giriş
» Saat
» Musiqi
» Reklam
» Sorğu
Hansı yaş həddinə aidsiniz?!
Cavabların cəmi: 16
» Hava
» Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • » Sayğaclar
    » Ayın vəziyyəti
    Baku Internet TV © 2024