Çərşənbə axşamı, 2024-May-21, 13:26
» Menyu
» Kino
» Təqvim
«  Fevral 2011  »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28
» Proqramlar
» Brauzerlər
» Antiviruslar
» Radio
Слушать онлайн радио
Главная » 2011 » Fevral » 9 » “ZAMAN” QƏZETİNDƏN ERMƏNİ ORDUSUNA YERSİZ TƏRİF
14:23
“ZAMAN” QƏZETİNDƏN ERMƏNİ ORDUSUNA YERSİZ TƏRİF
Türkiyədə məlum təriqətə bağlı olan qəzet düşmən ölkənin ordusunu niyə regionda "ən güclü” sayır?


Türkiyənin "Zaman” qəzetinin dünənki sayında Ermənistanın silahlı qüvvələrini gücləndirməsindən bəhs edən yazı dərc edilib. Qəzetin köşə yazarlarından Fikrət Ertan iddia edir ki, əhalisinin sayının az olmasına baxmayaraq Ermənistan ordusu Cənubi Qafqazda "ən güclüdür”.



Bu tərifə görə Ermənistan KİV-ləri də F.Ertanın yazısına həvəslə yer veriblər. Müəllif Ermənistan ordusunun regionda "ən güclü” olduğunu qeyd etməklə bərabər əlavə edir ki, bu qiymətləndirmənin nə dərəcədə həqiqəti əks etdirdiyini demək çətindir.
"Ancaq Ermənistanın keçmişdə Azərbaycan qarşısında üstün gəldiyi və Rusiyanın da yardımı ilə ərazilərinin 20 faizini işğal edə bildiyi, bu durumu indiyədək mühafizə etməsi aşkar həqiqət olaraq ortadadır. Buna baxmayaraq, Ermənistan mövcud hərbi üstünlüyünü yetərli hesab etmir, ordusunu daha da gücləndirmək üçün həmlələr edir. Ötən həftə Ermənistanda Milli Təhlükəsizlik Şurasının iclasında prezident Serj Sərkisyan tərəfindən 2011-2015-ci illər üçün silahlanma planının təsdiqlənməsi də bunu göstərir” - deyə F.Ertan bildirir.
F.Ertan qeyd edir ki, məlumatlara görə, silahlanma proqramına uzaqvuran yeni silahların alınması da daxildir. O, Ermənistanın silahlanma proqramının Qarabağ münaqişəsi ilə bağlı olduğunu qeyd edir. Bildirir ki, hazırda Ermənistanın əlində uzaqvuran "Skad” raketləri var: "Bəlkə başqa silahlar da var, kim bilir? Rusiyanın Ermənistana modern silahlar verdiyi məlum həqiqətdir. Bu çərçivədə Rusiya uzaqvuran raketləri də Ermənistana vermiş ola bilər. Ermənistanın düşmənləri bu vəziyyəti nəzərə almalıdır. Lakin ”Erməni açılımı, Qafqazda sülh" kimi sadəlövh təşəbbüslər irəli sürən Ankara da Ermənistanın uzaqvuran silahlar əldə etmək istəyinə diqqət yetirməlidir".

Просмотров: 1086 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
» Giriş
» Saat
» Musiqi
» Reklam
» Sorğu
Hansı yaş həddinə aidsiniz?!
Cavabların cəmi: 16
» Hava
» Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • » Sayğaclar
    » Ayın vəziyyəti
    Baku Internet TV © 2024