Çərşənbə, 2024-May-22, 02:10
» Menyu
» Kino
» Təqvim
«  Fevral 2011  »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28
» Proqramlar
» Brauzerlər
» Antiviruslar
» Radio
Слушать онлайн радио
Главная » 2011 » Fevral » 3 » Azərbaycan üzrə ən çox istifadə olunan e-mail servislər [araşdırma, statistika]
20:07
Azərbaycan üzrə ən çox istifadə olunan e-mail servislər [araşdırma, statistika]
                                            





Son vaxtlarda internetə qarşıma çıxan, dünya üçün və eləcə də Azərbaycan üçün müxtəlif statistikalarla qarşılaşdım, maraqlı bildiklərimizi də blogdan paylaşdıq. Axır bir neçə gün ərzində isə Facebook-un sosial inboxunu aktiv etməyi ilə demək olar ki, mail bazarında ən iddialı oyunçu oldu. Lakin iddialı demək, hələki lider demək deyil. Onun funksiyası ola bilər ancaq istifadəsinin nə dərəcədə yayılacağı bəlli deyil. 
Bəs indi Azərbaycanda mail servislərinin istifadəsində kimlər irəlidədir? Bunun üçün sadə bir araşdırma elədim. Üzv sayı çox olan saytların qeydiyyat mailləri arasında hansı servisin üstünlük təşkil etdiyini yoxlamaq lazım idi. Bunun üçün müvafiq saytlardan bu barədə xahiş elədim və onlardan statistikanı aldım. Araşdırmaya kömək etdikləri üçün hər bir sayta təşəkkür edirəm. 
Keçim statistikaya. Çalışdığım qədər həm çox istifadəçisi olan, həm də müxtəlif kateqoriyalara xitab edən saytlardan seçdim. Bunun üçün, elə statistikaları saytlardan aldığım ardıcıllığa görə də gedim.
Xaricidil.net — Təhsil yönümlü sayt. Xarici dillərlə bağlı müxtəlif materiallar təqdim edərək öyrənməyə kömək edir. 
Qeydiyyatlı istifadəçi sayı — 26,951 (iyirmi altı min doqquz yüz əlli bir)

                              

Mail.ru — 13121 — 48%
Box.az — 3160 — 12%
Hotmail — 2316 — 9%
Yahoo.com — 2287 — 8%
Gmail.com — 1394 — 5%
Rambler.ru — 1243 — 5%
Digər — 3430 — 13%

İlk yeri qəti sevmədiyim Mail.ru tutur. İkinci yeri isə yerli e-mail servisi olan Box.az. Üçüncü yer Hotmaildir. Favoritim olan Gmail 5-ci yerdədi.

Boxca.com — Fayl paylaşım saytı. Saytın auditoriyası müxtəlifdir. Cəmi qeydiyyatlı istifadəçi —86783 — (səksən altı min yeddi yüz səksən üç)

                                    

Mail.ru — 44144 — 50.9%
Hotmail.com — 13587 — 15.7%
Box.az — 10495 — 12.1%
Yahoo.com — 4097 — 4.7%
Rambler — 3302 — 3.8%
Gmail — 2834 — 3.3%
Mynet — 622 — 0.7%
Yandex.ru — 567 — 0.7%
MSN — 311 — 0.4% 
Mail.az — 269 — 0.3%
Digər — 6555 — 7.6%

Burada da ilk üçlük dəyişmir, sıralar bir qədər dəyişir. Buradakı Hotmailin daha çox olma səbəbi isə mən belə düşünürəm ki, Boxca.com istifadəçiləri arasında Türkiyə-dən istifadəçilərin də olmağıdır.

Seyahet.im — LBS servis. Düzdür rəqəmlər böyük deyil, ancaq seqment fərqinə görə qeyd eləmək yerinə düşər.

                               

mail.ru 499 — 52%
box.az 139 — 14%
hotmail.com 90 — 9%
yahoo.com 54 — 6%
rambler.ru 40 — 4%
gmail.com 53 — 5%
mynet.com 2 — 0%
yandex.ru 9 — 1%
msn.com 2 — 0%
mail.az 6 — 1%
digər 78 — 8%

Mobiland.az — Mobil telefonlar kataloqu, mobil yeniliklər. Üzvlərinin sayı: 27093 (iyirmi yeddi min doxsan üç)

                                    

Mail.ru — 16716 — 62%
Box.az — 3401 — 13% 
Hotmail — 1108 — 4%
Inbox.ru — 724 — 3%
Yahoo — 676 — 2%
Rambler — 657 — 2%
Gmail — 493 — 2%
Yandex — 119 — 0%
Digərləri — 3199 — 12%

Yenə ilk 3 ad dəyişmir. Mail.ru Box.az Hotmail.

Big.az — Son illərin populyar əyləncə kateqoriyasına daxil olan sayt. Qeydiyyatlı istifadəçi sayı~90000 (Təqribi doxsan min).

                                             

Mail.ru — 49712 — 56%
Box.az — 12139 — 13%
Hotmail — 4557 — 5%
Yahoo — 2639 — 3%
Rambler — 2558 — 3%
Gmail — 1331 — 1%
Digərləri — 17064 — 19%

Ənənə pozulmur, ilk üçlükdə eyni adlar.

Ümumilikdə Azərbaycan istifadə olunan maillərin ən çox istifadəsinə görə:
1.Mail.ru
2.Box.az
3.Hotmail.com


Statistikalara əsasən deyə bilərik ki, Azərbaycanda ən çox istifadə edilən mail Mail.ru-dur. Bu təəssüfləndirici haldır. Çünki UTF-8-i dəstəkləmir. İkinci yerdə Box.az gəlir. Yerli mail servisinin bu uğuru sevindiricidir. Yaxşı rəqabət aparır. Üçüncü yerdəki Hotmail isə nəsə mənə lap nostalji hissləri yaşadır. 

P.S. İlk üçlüyün Gmail, Box.az, Yahoo olmağını istəyərdim.
WebOxu.com



Просмотров: 2056 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 1
0  
1 sabina   (2011-İyul-20 22:29) [Material]
salam.məndə box.azda qeydiyatdayam xidmətlər öz dilimizdə asan başa düşülür.bəzi problemim olur ama.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
» Giriş
» Saat
» Musiqi
» Reklam
» Sorğu
Hansı yaş həddinə aidsiniz?!
Cavabların cəmi: 16
» Hava
» Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • » Sayğaclar
    » Ayın vəziyyəti
    Baku Internet TV © 2024